Azərbaycanda bu həftə 3 gün iş olmayacaq


Azərbaycanda bu həftə iş həftəsi qısalır.

Turkustan.az xəbər verir ki, ölkədə bu həftə cəmi 4 iş günü olacaq, vətəndaşlar isə ardıcıl 3 günlük istirahət imkanı əldə edəcəklər.

Buna səbəb 26 iyun – Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir. Qanunvericiliyə əsasən, bu tarix qeyri-iş günü kimi qeyd olunur.

Bunun ardınca gələn 27 iyun şənbə və 28 iyun bazar günlərinə təsadüf etdiyindən, həftəsonu ilə birləşərək ardıcıl istirahət günləri formalaşır.

Beləliklə, bu həftə yalnız 4 iş günü olacaq, 26–28 iyun tarixləri isə qeyri-iş günləri kimi qeyd ediləcək./modern.az


MANŞET XƏBƏRLƏRİ