Əfqanıstanda dövlət qulluqçularına smartfonlardan istifadə qadağan edilib.
Turkustan.az xəbər verir ki, qərar yüksək vəzifəli şəxslərdən tutmuş aşağı vəzifəli şəxslərə qədər bütün dövlət məmurlarını əhatə edir. Dərc olunmuş direktivdə deyilir ki, "Smartfon istifadəçilərinin cihazları məhv ediləcək, həmçinin hüquqi və dini cəzalar tətbiq olunacaq".
Sosial mediada paylaşılan görüntülərdə Taliban rəsmilərinin qadağanı elan etdiyi və bəzi smartfonların sındırıldığı görünür.
Qadağadan azadolmanın yalnız Taliban lideri Hibatullah Axundzadənin xüsusi yazılı icazəsi ilə mümkün olacağı bildirilib.
Ölkənin bəzi yerlərində məhdudiyyətlərin yalnız dövlət işçiləri ilə məhdudlaşmadığı, qadınlar, səhiyyə işçiləri, müəllimlər və tələbələrin də tədbirlərdən təsirləndiyi bildirilib.
Əfqanıstan hökuməti bu yaxınlarda internetə çıxışı məhdudlaşdırmaq üçün addımlar atıb. Keçən il ölkə miqyasında iki günlük internet kəsintisi tətbiq edilmişdi, lakin Taliban rejimi etirazlardan sonra bu tədbiri ləğv etdi.
Aytən Yaşar/ Turkustan.az