Tramp İtaliyanı hədəf aldı: Onları biz qoruyuruq!


ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Melonini sərt tənqid edib.

Turkustan.az xəbər verir ki, sosial media hesabında paylaşdığı açıqlamada İtaliyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə kifayət qədər fəal mövqe tutmadığını iddia edib.

Tramp bildirib ki, NATO çərçivəsində böyük maliyyə vəsaiti xərclənməsinə baxmayaraq, İtaliya rəhbərliyi İranın yaratdığı nüvə təhlükəsi ilə bağlı əməkdaşlıq təşəbbüslərinə lazımi dəstəyi vermir.

“Biz onları onilliklərdir qoruyuruq. Lakin sınaq anında bizi və dünyanın qalan hissəsini müdafiə edəcək mövqedə olduqlarını görmürük. Bu, qəbuledilməzdir”, – deyə, Tramp vurğulayıb.

ABŞ prezidenti bununla da Meloni hökumətinə yönəltdiyi tənqidləri daha da sərtləşdirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ