ABŞ və İran Yaxın Şərqdəki müharibəyə son qoymaq məqsədilə danışıqların ilk mərhələsini bu gün səhər tezdən başa vurdular. İsveçrədə keçirilən danışıqların bütün həftə davam etməsi gözlənilir.
Turkustan.az "LeMonde.fr"ə istinadən görüşdən sonra verilən ilkin açıqlamaların xülasəsini təqdim edir:
Birincisi, Pakistan və Qətər vasitəçiləri yazıblar ki, Tehran və Vaşinqton altmış gün ərzində yekun razılaşmaya nail olmağı hədəfləyən yol xəritəsi üzərində razılığa gəliblər və beləliklə, yeni texniki müzakirələrin dərhal başlanması üçün zəmin yaradacaqlar. Əsas məqamlardan biri İranın nüvə məsələsi olacaq. Artıq imzalanmış anlaşma memorandumunun mətnində İran nüvə silahı əldə etməyəcəyinə və ya inkişaf etdirməyəcəyinə söz verir .
İkincisi, tərəflər həmçinin dünya karbohidrogenlərinin təxminən 20%-nin keçdiyi strateji su yolu olan Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədi ilə « Rabitə xətti» yaratmaq barədə razılığa gəliblər. Çünki İran, İsrailin Livanda müttəfiqi Hizbullaha qarşı hücumlarından sonra bağlandığını elan etmişdi. Anlaşma memorandumuna əsasən, ticarət nəqliyyatı boğazın minalardan təmizlənməsindən sonra 30 gün ərzində tam bərpa olunmalıdır.
Üçüncüsü, vasitəçilər bəyan ediblər ki, tərəflər Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək üçün bir qrup yaratmaq barədə razılığa gəliblər. Tehran hərbi əməliyyatlara son qoyan razılaşmanın Livana da şamil edilməsini tələb edir. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu ordunun ölkənin cənubundan çəkilməyəcəyini iddia edib. Lakin İranın xarici işlər naziri Abbas Əraqçi Livanda müharibənin dayandırılması istiqamətində böyük irəliləyişlər olduğunu qeyd edib.
Dördüncüsü, İranın xarici işlər naziri həmçinin diqqətə çatdırıb ki, neft və neft-kimya məhsullarının ixracı artıq məhdudlaşdırılmayıb, blokada aradan qaldırılıb, bəzi dondurulmuş aktivlər açılıb və İran üçün əsaslı yenidənqurma və inkişaf planı işə salınıb. Anlaşma memorandumuna əsasən, bu planın ən azı 300 milyard dollar məbləğində olacağı gözlənilir. /Bakıvaxtı.az/