Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR


“Avropa ölkələrində və Türkiyədə taksidən istifadədə "düş-min" xidməti mövcuddur. Yəni sərnişinə imkan verilir ki, 3 dəqiqə ərzində istədiyi dayanacaqda düşə bilsin. Bizdə isə belə imkan yoxdur. Taksi sürücüləri bu gün tətbiq olunan cərimələrdən narazı deyillər. Onlar cərimələrin yaranmaması üçün sərnişinlərin müvafiq yerlərdə düşməsi üçün 2-3 dəqiqə vaxtın ayrılmasını istəyirlər”.

Turkustan.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

"Taksi sürücülərinin ən çox xahiş etdikləri məsələlərdən biri də odur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə yol hərəkəti qaydalarını tənzimləyən qurum arasında çox ciddi paradoksal, ziddiyyətlər var.

Xahiş edirlər ki, bu ziddiyyətlər götürülsün. Çünki fərqli yanaşma mövcuddur. Misal üçün, AYNA taksilərin içərisində terminal tələb eləmir, amma yol hərəkəti qaydalarından məsul olan digər qurumlar bunu şərt kimi qəbul edirlər. Xahiş edirəm ki, bu məsələlər nəzərə alınsın" - deyə deputat vurğulayıb./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ