Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama


Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

“Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir.

Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.

Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik”, - məlumatda bildirilib.


MANŞET XƏBƏRLƏRİ