Yaponiya təxminən 50 ildən sonra ilk dəfə əcnəbilər üçün viza rüsumlarını artırmaq qərarına gəlib.
Turkustan.az xəbər verir ki,1 iyuldan qüvvəyə minəcək yeni qərara əsasən, viza rüsumları təxminən beş dəfə yüksəldilib.
Yaponiya 1978-ci ildən bəri demək olar dəyişməyən viza rüsumlarını yeniləyərək, ölkəyə giriş üçün ödənişləri artırıb. Hökumət bu addımın inflyasiya və valyuta məzənnələrindəki dəyişikliklərlə bağlı olduğunu bildirib.
Yeni tariflərə əsasən:
Tək girişli viza rüsumu: 3000 yen → 15 000 yen (təxminən 20 USD → 100 USD)
Çoxgirişli viza rüsumu: 6000 yen → 30 000 yen (təxminən 40 USD → 200 USD)
Xarici işlər naziri Toşimitsu Motegi bildirib ki, qiymət artımı inflyasiya və iqtisadi dəyişiklikləri əks etdirir və qərarın turizm axınına ciddi mənfi təsir göstərəcəyi gözlənilmir.
Aytən Yaşar/ Turkustan.az