Hava kəskin DƏYİŞƏCƏK: Yağış, dolu və şimşək XƏBƏRDARLIĞI


İyunun 20-də gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-də gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Turkustan.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək.


MANŞET XƏBƏRLƏRİ