Kolumbiyada Trampın dəstəklədiyi namizəd seçkilərdə qalib gəldi


Kolumbiyada prezident seçkilərinin ikinci turunun qeyri-rəsmi nəticələrinə görə, ABŞ prezidenti Donald Trampın dəstəklədiyi sağçı namizəd Abelardo de la Espriella qalib gəlib.

Turkustan.az xəbər verir ki, Milli Mülki Qeydiyyatın açıqladığı məlumatlara əsasən, bülletenlərin 99,91%-i sayıldıqdan sonra Espriella səslərin 49,65%-ni, hakim “Tarixi Pakt” Alyansının solçu namizədi İvan Sepeda isə 48,70%-ni toplayıb. Namizədlər arasındakı fərq təxminən 0,30 faiz, səs fərqi isə 246 355 olub.

Trampın “tam və qeyd-şərtsiz” dəstəyini qazanan Espriella seçkilərdə qələbəsini elan edərək nəticələri Barranquilla şəhərində izləyib və sosial mediada qələbə mesajı paylaşıb.

Kolumbiyada Trampın dəstəklədiyi sağçı namizəd seçkilərdə qalib gəldi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ