ABŞ Prezidenti Donald Tramp Britaniya Baş naziri Keyr Starmerin istefa verəcəyini iddia edərək onun immiqrasiya və enerji siyasətində ciddi uğursuzluqlara yol verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə paylaşım edərək “Keyr Starmer Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verəcək. O, immiqrasiya və enerji məsələlərində ciddi şəkildə uğursuz olub. Ona uğurlar arzulayıram” sözlərini yazıb.
O, həmçinin Böyük Britaniyanın Şimal dənizində neft və qaz hasilatına qoyulan məhdudiyyətləri tənqid edib və “Şimal dənizini açın” çağırışı ilə çıxış edib.
Açıqlama Starmerin mümkün istefa variantlarını nəzərdən keçirdiyi barədə beynəlxalq mediada yayılan iddialar fonunda verilib.
Aytən Yaşar/ Turkustan.az