Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında imzalanan anlaşma memorandumunu dəyərləndirərək, prosesdə hələ də müzakirə tələb edən mühüm məsələlərin qaldığını bildirib.
Turkustan.az xəbər verir ki, Fidan qeyd edib ki, texniki məsələlərin qısa müddətdə həll olunacağına zəmanət yoxdur və zaman-zaman çıxılmaz vəziyyətlər yarana bilər.
“Texniki detalları dərhal həll etmək asan olmaya bilər. Müəyyən mərhələlərdə çətinliklərlə üzləşə bilərik və buna hazır olmalıyıq. Digər tərəfdən, fürsət yaranan kimi prosesi pozmağa çalışan İsrail hər zaman gözləyir”, – deyə nazir vurğulayıb.
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin dördüncü toplantısında iştirak etmək üçün Misirin paytaxtı Qahirədə olan Fidan son iki gündə intensiv diplomatik təmaslar apardıqlarını bildirib.
Nazir həmçinin qeyd edib ki, ötən gün Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və ABŞ nümayəndələrinin iştirakı ilə Liviya məsələsinə həsr olunmuş mühüm görüş keçirilib.
Aytən Yaşar/ Turkustan.az