İran mediası ölkənin cənubundakı Hörmüz boğazının bütün gəmilər üçün bağlı qaldığını bildirib.
Turkustan.az xəbər verir ki, Fars Xəbər Agentliyi adı açıqlanmayan bir hərbi rəsminin açıqlamasını yayımlayıb.
Bəyanatda Hörmüz boğazının bağlı qaldığı və İran İnqilab Keşikçiləri Dəniz Qüvvələri tərəfindən əlavə bildiriş alınana qədər heç bir gəminin keçməsinə icazə verilməyəcəyi bildirilir.
İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı tərəfindən dünən verilən açıqlamada ABŞ-ın müqavilə öhdəliklərini yerinə yetirməməsi və İsrailin Livana davamlı hücumları səbəbindən Hörmüz boğazının gəmiçilik trafikinə bağlandığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az