Sançezin həyat yoldaşına ölkədən çıxış qadağası qoyuldu


İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqona Qomez barəsində aparılan korrupsiya istintaqı çərçivəsində məhkəmə yeni nəzarət tədbirləri tətbiq edib.

Turkustan.az xəbər verir ki, DHA-nın məlumatına görə, məhkəmə Qomezin pasportunu təhvil verməsi, ölkəni tərk etməməsi və ayda iki dəfə məhkəmədə qeydiyyatdan keçməsi barədə qərar çıxarıb.

Qomez Baş nazirin həyat yoldaşı statusundan istifadə edərək bəzi şirkətlərin müqavilələr əldə etməsinə kömək etməkdə ittiham olunur. O isə irəli sürülən ittihamları rədd edərək hər hansı qanun pozuntusuna yol vermədiyini bildirib.

Hakim Sosialist Partiyasının sosial şəbəkə hesabında yayılan açıqlamada Beqona Qomezin təxminən iki ildir hüquqi və siyasi təzyiqlərlə üzləşdiyi qeyd olunub. Partiya məhkəmənin son qərarını bu prosesin yeni mərhələsi kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ