“Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsləri” layihəsinin icrası davam edir


“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüslər”adlı layihə icrasını növbəti icmalarda davam edir.

Layihənin növbəti mərhələsi olaraq İmişli rayonunun Şahverdili və Məzrəli icmasında kəndlərində məişət tullantılarının çeşidlənməsi və idarə olunması istiqamətində praktiki təşəbbüsləri başlatmaq məqsədi ilə seminar keçirilib.

Seminarda dövlət qurumunun nümayəndələri, bələdiyyə üzvləri, kənd icmasının fəal aktiv üzvləri, müəllimlər və gənclər iştirak edib. Layihəyə xüsusilə qadınların cəlb olunması təşkilatın hədəf qruplarını daha doğru seçməsinin nünunəsidir və hədəf məqsədlərə nail olunub. “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva Mərkəzləşdirilmiş poliqon problemi, kənd ərazilərində toplanma zəifliyi, təsərrüfat tullantılarının qarışması, məişət tullantılarının növləri, çeşidlənməsi və utilizasiya problemləri ilə bağlı geniş təqdimat edilib.

Seminarda İmişli rayon icra hamkimiyyətinin ərazi təşkilat sektorunun böyük məsləhətçisi Nicat Sarıyev, RİH-nin əməkdaşı Orxan Qasımzadə, Şahverdili kənd Ərazi İcra Nümayəndəsi Əli Qurbanov, Məzrəli kənd Ərazi İcra Nümayəndəsi Əyyar Seyidov, Məzrəli Bələdiyyəsinin sədri Mehbalıyev Faiq qonaq qismində iştirak edib.

Seminarın sonunda iştirakçılar və ekspertlər arasında maraq doğuran məsələlər istiqamətində geniş müzakirə aparılıb. Sonda iştirakçılar belə bir aktual layihənin icrasına görə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinə və maiyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini ifadə ediblər.


MANŞET XƏBƏRLƏRİ