İsraildə sorğu: Əhali müharibədə İranın üstün olduğunu düşünür


ABŞ–İsrail hücumundan sonra İranın İsrailə qarşı həyata keçirdiyi çoxsaylı ballistik raket və dron hücumları fonunda keçirilən sorğuya görə, israillilərin böyük əksəriyyəti müharibənin nəticəsini İranın xeyrinə qiymətləndirir.

Turkustan.az xəbər verir ki, məlumatlara əsasən, sorğu iştirakçılarının təxminən 92%-i İranın həm hərbi toqquşmalarda, həm də sonrakı razılaşma prosesində üstün tərəf olduğunu düşünür.

Qüds İbrani Universiteti və Agam İnstitutu tərəfindən 17 yaşdan yuxarı 3644 respondent arasında aparılan araşdırma (99% etimad səviyyəsi və 2,2% səhv payı ilə) göstərir ki, ictimai rəydə İsrail–ABŞ razılaşmasına qarşı narazılıq yüksəkdir və hökumətə inam zəifləyib.

Sorğunun nəticələrinə görə, iştirakçıların 92,1%-i müharibənin İsrail üçün uğursuz bitdiyini və İranın danışıqlar yolu ilə üstünlük qazandığını hesab edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ