Qətərin paytaxtı Doha yaxınlığındakı Ras Laffan Sənaye Bölgəsində baş verən partlayış nəticəsində 54 nəfər yaralanıb, 18 nəfərin isə itkin düşdüyü bildirilir.
Turkustan.az xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisədən sonra itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Nazirlik daha əvvəl açıqlamasında partlayışın Ras Laffan Sənaye Bölgəsində yerləşən fabriklərdən birində texniki nasazlıq səbəbindən baş verdiyini və nəticədə xəsarət alanların olduğunu bildirmişdi.
Qətərin dövlət enerji şirkəti QatarEnergy isə sənaye zonasında baş verən partlayışdan sonra yerli qaz təchizatı obyektində yaranan yanğının tam söndürüldüyünü açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az