Nəriman Qocatürk İNTİHAR EDİBMİŞ... - Son məktubunda NƏLƏR YAZIB...


BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanov (Qocatürk) intihar edibmiş.

Turkustan.az xəbər verir ki, Nəriman Süleymanovun intihar səbəbini əks etdirən müraciəti üzə çıxıb.

Müraciət ötən gün, axşam saatlarında Prezidentə ünvanlanıb. N.Süleymanov 12 noyabrdan bəri “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparıldığını bildirib.

Onun sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdən gedir. O, qızlara qarşı əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.

N.Qocatürk yazıb ki, onlar bir alimi deyil, onun ailəsini də ləkələyiblər.

“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, intiharı yeganə çıxış yolu seçdim.

Mən bu yazını Facebook səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin.

Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qopsun”, - N.Qocatürk yazıb.

Qeyd edək ki, Nəriman Qocatürk ötən gün dünyasını dəyişib. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı idi.

Cütlüyün iki oğlan övladı var./BakuPost


MANŞET XƏBƏRLƏRİ