Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı


Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın vaxtsız vəfatı xəbəri bizi dərindən kədərləndirdi.

Qənirə Paşayeva Azərbaycan dövləti və xalqı ilə bağlı milli maraqları beynəlxalq platformalarda daim qoruyan, müdafiə edən görkəmli ictimai xadim və görkəmli jurnalist idi. Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında Qənirə Paşayeva əsl vətəndaş mövqeyini ifadə edirdi. O, türk xalqları arasında əlaqələrin inkişafı, həmrəyliyi və birliyi naminə fədakarcasına xidmət göstərirdi. Qənirə Paşayevanın Türk Dünyasına sevgisi və bağlılığı türk xalqlarının ona böyük məhəbbət, sayğı və ehtiramını qazandırmışdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edən Qənirə Paşayeva Fondun həyata keçirdiyi layihə və tədbirlərdə çox yaxından iştirak edirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan Qənirə Paşayevaya Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.

Ruhu şad, məkanı cənnət olsun!

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti


MANŞET XƏBƏRLƏRİ