Fevralın 1-dən 76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
76 nömrəli marşrut Bakıxanov dəmiryol stansiyası - “Neftçilər” m/st;
78 nömrəli marşrut isə Bakıxanov dəmiryol stansiyası - “Qara Qarayev” m/st istiqamətləri üzrə işləyəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada olacaq.
AYNA 76 və 78 nömrəli marşrutların avtobuslarında gedişhaqqının 50 qəpik olacağını bəyan edib.