Tarixçidən sensasiya: “Ermənilər kilsələrdə şeytana ibadət edib, insanları qurban kəsiblər”


“Bu gün Azərbaycanda əksəriyyətinin hüquqları pozulur. Qərb doğrudan da demokratiya, cəmiyyətdə bərabərlik istəyirsə, qoy hüququ pozulan qazilərdən, pensiya alanlardan, müəllimlərdən, fəhlələrdən, mühəndislərdən yazsın, onlara da layihə versin də. Amma vermir!”

Turkustan.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

Alimin sözlərinə görə, haqqı pozulanları hüquqi baxımdan maarifləndirmək lazımdır:

“Bəs niyə etmir? Çünki Azərbaycan vətəndaşı Qərbin marağında deyil. Onları maraqlandıran odur ki, LGBT hüquqları, onlara xidmət edən, onlardan pul alan kəslərin hüquqları pozulmasın. Burada Qərbdən yardım alıb, LGBT və sair bu tip qurumlara dəstək olan təşkilatlardan danışıram mən. O yardımın bir üzünü jurnalistlərə tərəf çevir, onların hüquqları məsələsini qaldır, evsiz jurnalistlər məsələsini qaldır, evsiz müəllimlərin, az maaş alan şəxslərin məsələsini qaldır. Nəyə görə məhz LGBT hüquqlarını qorumağa yönəlmisiniz?! Niyə vətənsevərlərin hüquqlarını qorumursunuz?”

Zaur Əliyev gənclərimizə görə narahatlığını dilə gətirib:

“Oğlun sonda LGBT üzvü olacaqsa və ya qızın böyüyüb feminist olacaqsa, bu, haqdırmı? Həmin qız başlayacaq qadın hüquqları adı altında siqaret çəkməyə, narkotikdən istifadə etməyə, içkiyə qurşanmağa. Avropa dəyərləri budurmu?! Biz övladlarımızı itirmək təhlükəsi ilə yaşayırıq. Son 200 ildə dünyada olan terrorun, günahsız insanların öldürülməsinin hamısının səbəbkarı erməni kilsəsidir. Sübut da edərəm ki, onlar öz kilsələrində tarix boyu şeytana ibadət edib, insanları qurban kəsiblər”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ