VSJ: ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır


ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığına dair məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin məsələdən xəbərdar olan mənbələrə istinadən verdiyi məlumata görə, iki ölkə arasında hərbi və diplomatik kanallar vasitəsilə aparılan intensiv danışıqlar İrana qarşı yeni hücum ehtimalını gücləndirir.

Xəbərdə bildirilir ki, Vaşinqton administrasiyası bəzi Körfəz ölkələrinə ABŞ-də 3 noyabr tarixində keçiriləcək aralıq konqres seçkilərindən sonra qısa, lakin intensiv hərbi müdaxilələrə hazır olmaq barədə xəbərdarlıq edib.

Həmçinin iddia olunur ki, bölgədəki ABŞ qüvvələri sursat ehtiyatlarını artırır və döyüş təyyarələri mümkün zərbələr üçün tam hazır vəziyyətə gətirilir. Hesabata əsasən, gələn ay Yaxın Şərqdə artıq fəaliyyət göstərən təxminən 20 hərbi gəmiyə əlavə olaraq daha bir təyyarədaşıyan zərbə qrupunun və dəniz piyadaları birləşmələrinin qoşulması gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ