Ukrayna Rusiyanın ən böyük kimya zavodlarından birinə zərbə endirib.
Turkustan.az xəbər verir ki, söhbət Tulada yerləşən “Azot” kimya zavodundan gedir.
Müəssisə Rusiyada ən böyük azot gübrələri istehsalçılarından biridir.
Zavod eyni zamanda partlayıcı maddələr istehsal edən Dzerjinskdəki Sverdlov zavoduna azot turşusu tədarük edir.
Dron zərbələrindən sonra zavodda güclü yanğın başlayıb. /Musavat.com/