“İnter”in futbolçusundan Bakıda həbsdə olan separatçılarla bağlı paylaşım


Milanın "İnter" futbol klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan dünya ictimaiyyətinin diqqətini ləğv olunmuş "Artsax"ın keçmiş "liderlərinin" həbsinə yönəldib.

Turkustan.az xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi və milli komandanın keçmiş kapitanı İnstaqram sosial şəbəkəsinin "Hekayələr" bölməsində qondarma Artsaxın hərbi və siyasi liderlərinin (tertorçuların) həbs müddətinin uzadılması ilə bağlı yazı paylaşıb.

Futbolçunun İnstaqram səhifəsini dünyanın hər yerindən 2,6 milyondan çox insan izləyir. (musavat.com)


MANŞET XƏBƏRLƏRİ