Tramp: İran dəlidir, nüvə silahı olsa, hər yeri partladacaq


“İran dünyada terrorizmin ən böyük dövlət sponsorudur və nüvə silahı əldə edərsə, ondan istifadə edəcək”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Nüvə silahı əldə etsələr, Yaxın Şərqi partladacaqlar, sonra Avropanı, bizi və istədikləri hər yeri hədəfə alacaqlar. İmkanları olsa, şəhərləri dağıdacaqlar. Bu barədə bir saniyə belə düşünməzdilər. Onlar dəlidir”, - Amerika lideri bildirib.

Donald Tramp qeyd edib ki, müharibəni ABŞ yox, İran başladıb: “İranla müharibəyə mən başlamamışam. Onlar bizimlə müharibəni 1979-cu ildə başlayıblar”./teleqraf


MANŞET XƏBƏRLƏRİ