Yəməndə İran tərəfindən dəstəklənən Husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Məkkə bölgəsi ilə bağlı verdiyi bəyanatı rədd edib.
Turkustan.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri Məkkə istiqamətinə hər hansı pilotsuz uçuş aparatı (PUA) göndərmədiklərini bildirib.
Bundan əvvəl Ərəb Koalisiyasının sözçüsü general-mayor Turki əl-Maliki "X" sosial media platformasında verdiyi açıqlamada, Məkkə bölgəsini hədəf alan Husilərə məxsus bir dronun hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək zərərsizləşdirildiyini bəyan etmişdi.
Aytən Yaşar/ Turkustan.az