2027-ci il üçün nəzərdə tutulan "Green Card" lotereyası növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salınıb.
Turkustan.az xəbər verir ki, məhkəmənin müraciətlərin qəbuluna 1 noyabrdan başlanması barədə qərarına baxmayaraq, Tramp administrasiyası apellyasiya şikayəti verərək prosesin icrasını dayandırmağa nail olub.
Qeyd edək ki, lotereya milli təhlükəsizlik mülahizələri əsas gətirilərək 2025-ci ildən bəri dondurulub.
Müraciətlərin qəbulu üçün yeni tarixlər hələlik açıqlanmayıb.
Bu qərar ABŞ-yə köçmək niyyətində olan minlərlə insanın planlarını alt-üst edə bilər./Musavat.com