Netanyahu yeni hökumətin qurulması istiqamətində ilk addımı atdı


İsrailin Baş naziri Benyamin Netanyahu parlament seçkilərindən sonra yeni hökuməti formalaşdırmaq istiqamətində danışıqlara başlayıb.

Turkustan.az xəbər verir ki, bu çərçivədə o, ilk görüşünü ifrat sağçı Milli Təhlükəsizlik naziri, “Yəhudi Gücü” Partiyasının lideri İtamar Ben-Qvirlə keçirib. Bu barədə İsrail mediası məlumat yayıb.

Ben-Qvirin rəhbərlik etdiyi partiyanın yaydığı açıqlamada bildirilib ki, görüşdə sağçı hökumətin hakimiyyətdə saxlanılması və “terror tərəfdarlarının” dəstəyinə arxalanacaq solçu hökumətin qurulmasının qarşısının alınması yolları müzakirə olunub.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Netanyahu və Ben-Qvir müxalifət blokunun Fələstin vətəndaşlarını təmsil edən ərəb partiyalarının dəstəyi ilə hökumət qurmasından narahatdırlar. Müxalifət blokunda isə “Yaşar” Partiyasının lideri Qadi Eisenkot əsas fiqurlardan biri kimi önə çıxır.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ