ABŞ Prezidenti Donald Trampın istifadəsində olan hərbi təyyarə — "Air Force One" Vaşinqton üzərində alçaq hündürlükdə uçuş həyata keçirərək şəhər sakinləri arasında qısamüddətli narahatlığa səbəb olub.
Turkustan.az xəbər verir ki, Ağ Evdən verilən rəsmi açıqlamaya görə, uçuş "Halloween" şənlikləri çərçivəsində təşkil edilən xüsusi nümayiş xarakteri daşıyıb. Uçuş izləmə məlumatlarına əsasən, prezident təyyarəsi Ağ Evin üzərindən iki dəfə keçib. Uçuş haqqında əvvəlcədən geniş məlumat verilmədiyi üçün alçaqdan keçən hərbi təyyarə bəzi vətəndaşlar arasında təşviş yaradıb.
Ağ Evin "Rapid Response 47" rəsmi hesabı tərəfindən paylaşılan görüntü kadrlarında isə Prezident Donald Trampın təyyarə binanın üzərindən alçaq hündürlükdə keçərkən həyətdən ona əl yellədiyi əks olunub.

Aytən Yaşar/ Turkustan.az