Ukrayna prezidenti Zelenski Türkiyəyə səfər edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran məlumat verib.

İstanbulda baş tutacaq yüksək səviyyəli danışıqlarda Türkiyə və Ukrayna arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçiriləcək. Həmçinin Rusiya-Ukrayna münaqişəsi, Qara dənizdəki təhlükəsizlik vəziyyəti və digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ