Hindistanda helikopter qəzası: 6 nəfər öldü


Hindistanın şimalındakı Uttarakhand ştatında mülki helikopterin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 6 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, hadisə ştatın Çamoli rayonuna daxil olan Coşimat şəhəri yakınlığında baş verib.

Çamoli polis rəisi Surjit Sinqh Panvarın verdiyi məlumata görə, yerli vaxtla saat 13:12-də havalanan helikopterlə əlaqə cəmi iki dəqiqə sonra — saat 13:14-də kəsilib. Dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində helikopterdə olan 6 nəfərin cəsədi tapılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, qəzanın başvermə səbəbləri öyrənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ