Britaniya ilə Azərbaycan arasında müdafiə sahəsi üzrə əməkdaşlıq dərinləşir


Ötən həftə müdafiə sahəsində dərinləşən əməkdaşlığı müzakirə etmək üçün müdafiə sənayesi naziri Vüqar Mustafayev, müdafiə nazirinin müavini Aqil Qurbanov və Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Londona səfər edib.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker “X”-də bildirib.

Lord Vernon Koaker Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld isə "X"-də bildirib ki, Britaniya-Azərbaycan strateji tərəfdaşlığının inkişafı üçün yeni addımlar atılır.

“Son 10 ildə ən yüksək rütbəli Azərbaycan müdafiə nümayəndə heyətinin Böyük Britaniyaya səfərinin şahidi olmaq bir şərəfdir. Azərbaycan dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır və bu münasibətlərin inkişaf etdiyini görməkdən qürur duyuruq”, - səfir qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker ötən ilin dekabr ayında Azərbaycana səfər edib.


MANŞET XƏBƏRLƏRİ