Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanı şantaj etməyə başlayıb.
Turkustan.az xəbər verir ki, bunu erməni siyasi ekspert Samvel Meliksetyan deyib.
Ekspert Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada baş tutmuş görüşü belə şərh edib:
“Bu görüş qeyri-adi idi, bu cür format, belə üslub və bu qədər açıq bəyanatların verilməsi protokola uyğun deyil. Bu, açıq şəkildə şantaj idi, 2013-cü ilin sentyabrında Sərkisyan-Putin görüşü zamanı baş verənlərə bənzəyirdi. Əlbəttə, şantaj dili Rusiya siyasətində olduqca aktualdır”.
Meliksetyan “Tramp Marşrutu” məsələsinə də diqqət çəkib
“Tramp Marşrutu” proqramının (və ya Zəngəzur dəhlizinin) həyata keçirilməsindən əvvəl yolların açılmasına ehtiyac var. İrandakı hadisələr göstərdi ki, Naxçıvanla daha sabit əlaqə qurmaq üçün Azərbaycanın da buna ehtiyacı var. “Tramp Marşrutu”nun praktiki mərhələsi 2030-31-ci illərdə baş verə bilər, buna görə də 2030-31-ci illəri gözləmək və digər kommunikasiyaları bağlamaq düzgün olmazdı”. /bakupost.az/