Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə


Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə Ermənistan və Azərbaycan arasında sülh prosesinə göstərdiyi köməyə görə təşəkkür edib.

Turkustan.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Astanada keçirilən görüşdə Tokayev Ermənistanın Qazaxıstanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ikitərəfli münasibətlərin bir çox sahələrdə mütərəqqi inkişaf etdiyini, buna müntəzəm siyasi dialoqun, eləcə də ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişlənməsinin şərait yaratdığını qeyd edib.

Alen Simonyan, öz növbəsində, Ermənistan-Qazaxıstan dialoqunun əsas elementi kimi etimada əsaslanan siyasi əlaqələrin və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin İrəvanın ticari-iqtisadi əməkdaşlığı fəal şəkildə genişləndirməkdə maraqlı olduğunu bildirib və qarşılıqlı ticarətin həcmini artırmaq üçün əməli addımlar atmağa çağırıb.

“Ermənistan tərəfi Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib”, - rəsmi məlumatda deyilir./publika.az


MANŞET XƏBƏRLƏRİ