Tofiq Yaqublu aclıq AKSİYASINI DAYANDIRDI


Hazırda həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqubludan xəbər var.

T.Yaqublu aclıq aksiyasını dayandırıb. Penitensiar Xidmətdən "Unikal"a xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, o, 40 gündür aclıq aksiyası keçirirdi. Səhhəti pisləşdiyinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Xatırladaq ki, Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qızı Nigar Həzi bildirib ki, atası ilə görüşüb və hazırda həkimi Adil Qeybulla da T.Yaqublunun yanındadır.


MANŞET XƏBƏRLƏRİ