Aqil Camal: “Qazaxıstanla əməkdaşlıq media və QHT sahəsini də əhatə etməlidir”


“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edən bir mərhələyə təsadüf etdi. Səfər zamanı verilən qarşılıqlı bəyanatlar, eyni zamanda, imzalanan sənədlər iki qardaş ölkənin gələcək işbirliyinə, müttəfiqliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

Bu fikirləri Qazaxıstan Prezidentinin Azərbaycana səfəri haqqında danışan “Türküstan” Media Qrupunun baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.

Açıklama yok.

Baş redaktor qeyd edib ki, müstəqillik qazandıqdan sonra qardaş dövlətlər arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində daim inkişaf edən münasibətlər olub: “Son illərdə isə bu münasibətlər daha gerçəkçi və effektiv forma almaqdadır. Münasibətlərin bu səviyyəyə gəlməsində sözsüz ki, dövlətlərin ümumi maraqları, eyni zamanda, dövlət rəhbərlərinin şəxsi iradəsi, onlar arasında olan dostluq, qardaşlıq münasibətləri də mühüm rol oynayır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin artırılacağını bəyan etdiyini xatırladan A.Camal Qazaxıstanla əməkdaşlığa həm də bu prizmadan baxmaq lazım olduğunu deyib: “Qazaxıstan da Azərbaycan kimi Türk dövlətləri arasında inteqrasiyaya, ümumtürk birliyinin formalaşmasına daim dəstək verir, təşəbbüsçü rolda çıxış edir. Bu baxımdan, Azərbaycanla Qazaxıstan arasında sıx işbirliyi ortaq qurumların hərəkətliyinə öz təsirini göstərəcək.”

A.Camalın sözlərinə görə yeni dövrdə iki ölkənin media orqanları, jurnalsit təşkilatları, o cümlədən, qeyri-hökumət təşkilatları arasında da sıx əməkdaşlığına, işbirliyinə ehtiyac var: “İki ölkənin dövlət orqanları arasında gedən bu prosesin media və QHT sektorunu da əhatə etməsi, münasibətlərə ancaq müsbət təsir göstərərək yeni keyfiyyət mərhələsinə keçidə zəmin ola bilər. Prezidentlərin iştirakı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti”nin direktoru Askar Umarov "Əməkdaşlığa dair Memorandum”u imzaladılar. Ümid edirəm ki, imzalanan memorandum bu sahədə birgə əməkdaşlığa, təcrübə mübadiləsi, beynəlxalq media siyasətində eyni platformadan çıxış etmək kimi məsələlərə öz töhfəsini verəcək”. Biz, media və ictimai birlik olaraq bu yöndə təşəbbüslərlə çıxış etməyə, iki ölkə arasında media və QHT sahəsində davamlı işbirliyinin, ortaq qurumların yaradılması işində yaxından iştirak etməyə hazırıq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ