Tanınmış televiziya tədqiqatçısı, jurnalist, professor Qulu Məhərrəmli 2025-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.
Bu barədəParlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.
O qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı”nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Qulu Məhərrəmli olub.
A.Hüseynli bildirib ki, Qulu Məhərrəmli milli jurnalist klimi həmişə Azərbaycana xidmət edib:
“Ümumilikdə Komissiya üzvləri tərəfindən 6 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikri ilə azərbaycanlı jurnalist, yazıçı, publisist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli qalib elan olundu”.
A.Hüseynli deyib ki, Qulu Məhərrəmli jurnalist, yazıçı, alimi kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib.
Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib.
2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə, 2024-cü ildə Milli Məclıisin sədr müavini Rafael Hüseynov olub.
“Şirməmməd Hüseynov mükafatı” 2019-cu ildə təsis olunub./modern.az