Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Dağlının guya həbsdən çıxması ilə bağlı sosial şəbəkələrdə video görüntülər paylaşılıb.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, paylaşım şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradıb.
Rəylərdən xeyli sayda inandığı görünür. Ancaq sonradan bəlli olub ki, bu köhnə videodur, məlumat tamamilə yalandır.