Azərbaycanda gənc yaşda general rütbəsi alan şəxslərlərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.
Turkustan.az Mətbuat.az-a istinadla xəbər verir ki, F.Məmmədov 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksəlib və onun vəzifə yüksəlişi qısa müddətdə baş verib.
Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə magistr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə gömrük orqanlarında fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə Azərbaycanın Belçikadakı Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi – gömrük attaşesi təyin edilib.
Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsinə təyin olunan Məmmədov həmin vaxt gömrük xidməti mayoru idi. O, cəmi iki ay sonra polkovnik rütbəsinə yuksəlib. 29 yanvar 2026-cı ildə isə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
Fuad Məmmədov intellektual kadr kimi tanınır. O, rus və ingilis dillərində sərbəst danışır.