Rus general Putinə çağırış etdi: Artıq uduzmusan...


Rusiya ordusunun istefada olan general-polkovniki Leonid İvaşov Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığına görə Vladimir Putini sərt tənqid edib və onu hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

Turkustan.az xəbər verir ki, general-polkovnik bu çağırışını rusiyalı bloger Pavel İvanovla canlı yayım zamanı səsləndirib.

Onun sözlərinə görə, Kremlin vəd etdiyi asan hərbi əməliyyat tamamilə uğursuzluğa düçar olub:

“Sən artıq uduzmusan. Heç nəyi qabaqcadan görə bilmədin. Bu müharibənin elə də asan qələbə qazanmaq kimi bir şey olmayacağını anlamağa zəkan çatmadı. Müharibənin davam etməsi Rusiyanı tam hərbiləşməyə və iqtisadiyyatdan tutmuş təhsilə və mədəniyyətə qədər, bütün mülki sahələrdə dərin durğunluğa doğru aparır. Müharibəni uzatmaq, bir nəfərin siyasi mövcudluğunu qorumaq naminə, ölkənin gələcəyini məhv edir”. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ