Fransanın xarici işlər naziri Jan-Noel Barro İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Avropa üzrə mağazalarda soyuducu sistemlərin sıradan çıxmasına səbəb olan kiberhücumlarda iştirak etməkdə ittiham edib.
Turkustan.az xəbər verir ki, nazir bu hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkilinin Fransa Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
Barro qeyd edib ki, hücuma görə məsuliyyət daşıyan bütün şəxslərə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyalar tətbiq ediləcək.
“Bu hücuma görə məsuliyyət daşıyan hər kəsə qarşı Avropa səviyyəsində sanksiyalar qəbul edəcəyik”, – deyə nazir vurğulayıb./Bizim.Media