ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə keçirdiyi görüşdən sonra İran və Yaxın Şərqdəki vəziyyətlə bağlı diqqətəlayiq açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp özünə məxsus "Truth Social" platformasında etdiyi paylaşımda regional təhlükəsizlik və İran məsələsinə toxunub:
"Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və digər ölkələr mövcud status-kvonun — tarixdəki ən böyük dəniz blokadasının və həm quru, həm də dəniz yolu ilə 'Dəmir Qapı' əməliyyatının davam etdirilməsini üstün tutardılar".
ABŞ dövlət başçısı vurğulayıb ki, region ölkələrinin hamısı İranın nüvə silahına sahib olmaması barədə həmrəydir və bu məsələ heç bir halda müzakirə mövzusu ola bilməz.
İsrailin və bütün Yaxın Şərqin İrandan gələn təhdid və təhlükələrdən qorunduğunu qeyd edən Tramp əlavə edib:
"Münaqişənin sona çatması istiqamətində müsbət impuls görürük. ABŞ Yaxın Şərqdəki hadisələrin inkişafında hər hansı dəyişiklik olacağı təqdirdə dərhal hərəkətə keçməyə hazırdır, lakin bu mərhələdə belə bir risk oldukça aşağı görünür. Amerika maraqlarının bütün hallarda qorunmasını təmin edəcəyik".
Aytən Yaşar/ Turkustan.az