Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirin Aliağa rayonundakı HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayış nəticəsində 16 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını, onların ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Ərdoğan həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.
O, hadisə ilə bağlı məhkəmə və inzibati araşdırmaların başladığını, partlayışın səbəblərinin və məsul şəxslərin müəyyən ediləcəyini qeyd edib.
Prezident hadisədən dərhal sonra daxili işlər və energetika nazirlərinin tapşırığı ilə hadisə yerinə göndərildiklərini də vurğulayıb./publika.az