Aİ Ukrayna üzrə Əbu-Dabi danışıqlarına nümayəndə göndərəcək


Avropa İttifaqı (Aİ) Komissiyası Əbu-Dabidə keçiriləcək Ukrayna ilə bağlı sülh danışıqlarında milli təhlükəsizlik müşaviri səviyyəsində təmsil olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paulo Pinyo gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Pinyo qeyd edib ki, Ukraynada sülhə nail olmaq istiqamətindəki səylər Əbu-Dabi görüşü ilə yanaşı, cümə günü Dublində keçiriləcək qeyri-rəsmi Aİ Liderlər Zirvəsində və Berlin Forumunda da müzakirə olunacaq.

Onun sözlərinə görə, bu görüşlər Ukraynanın dəstəklənməsi, maliyyələşdirmə məsələləri və davam edən diplomatik təşəbbüslərin müzakirəsi üçün imkan yaradacaq.

Sözçü əlavə edib ki, Əbu-Dabi görüşündə Aİ Komissiyası milli təhlükəsizlik müşaviri səviyyəsində təmsil olunacaq. Aİ Şurası da görüşə öz nümayəndəsini göndərəcək.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ