Ukrayna nümayəndə heyəti üçtərəfli görüş üçün Əbu-Dabiyə yollandı


Ukraynanın danışıqlar aparan nümayəndə heyəti üçtərəfli görüşdə iştirak etmək üçün Əbu-Dabiyə yola düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və danışıqlar qrupunun üzvü Rüstəm Umerov “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə keçiriləcək görüş çərşənbə axşamı və çərşənbə günlərinə planlaşdırılıb.

Umerov qeyd edib ki, həmin günlərdə bir sıra Avropa ölkələrinin, xüsusilə E4 formatına daxil olan Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın, eləcə də NATO və Avropa Komissiyasının nümayəndələri də Əbu-Dabidə olacaqlar.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ