Qlazqoda keçirilən dünya velosiped çempionatında ispaniyalı pullu velosipedçi Argilesə medalı ilə yanaşı saat hədiyyə edilib. Argiles baş verənlərə reaksiya verməsə də, sosial şəbəkə istifadəçiləri təşkilatçıları diqqətsiz olmaqda ittiham ediblər.
Turkustan.az xəbər verir ki, Şotlandiyanın Qlazqo şəhərində velosiped idmanı üzrə dünya çempionatı keçirilib. Çempionatda mükafatlandırma mərasimində baş verənlər sosial mediada damğa vurub.
Çempionatın qızıl medalını ispaniyalı paravelosipedçi Rikardo Ten Argiles qazanıb. Mükafatlandırma mərasimi zamanı qəribə hadisə baş verib. Amputasiya olunmuş şəxsə medalı ilə yanaşı qol saatı da verilib.
Qolu olmayan 47 yaşlı idmançı baş verənlərə reaksiya verməsə də, sosial şəbəkə istifadəçiləri təşkilatçıları diqqətsiz olmaqda ittiham ediblər.
Eltac/Turkustan.az