Təxminən 2 milyon müsəlman Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlarda zəvvar olub.
Turkustan.az xəbər verir ki, Ərəfatda vəqfa üçün dayanan, sonra avtobusla Müzdəlifəyə gedən zəvvarlar vəqfa namazı qılıb, şeytana atmaq üçün daş yığıblar.
Müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr məsafə qət edərək, Cəmərətdəki şeytan bölgəsinin daşqalaq edilməsində böyük şeytan kimi tanınan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.
Şeytanın daşqalaq edilməsindən sonra bir çox müsəlman Kəbəyə çatmaq üçün uzun yol qət edərək ziyarət təvafını edib, üzünü qırxıb, sonra ehramını çıxarıb.
Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı oldular.
Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.
Aytən Yaşar/ Turkustan.az