Tramp: Mask məni məyus etdi


ABŞ prezidenti Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mersi qəbul edərkən Amerika ictimaiyyətinin gündəmini zəbt edən Maskın tənqidlərinə ilk dəfə cavab verib.

Turkustan.az xəbər verir ki, Maskın daha əvvəl tənqid etdiyi vergi endirimi qanun layihəsi ilə bağlı müsbət şərhlər verdiyini və etdiyi bir çox şeyi təriflədiyini qeyd edən Tramp Maskın Ağ Evdən ayrıldıqdan sonra birdən-birə dəyişdiyini bildirdi.

Tesla və SpaceX-in sahibi olan Maskın qanun layihəsinə reaksiyasını bəyənmədiyini bildirən Tramp: “İlonla aramızda çox yaxşı münasibət var idi, amma bu münasibətin daha yaxşı getdiyini deyə bilməyəcəm” deyib.

Tramp: "Elondan çox məyus oldum, baxmayaraq ki, ona çox kömək etmişəm. O, hələ mənim haqqımda pis bir şey söyləməyib, amma əminəm ki, tezliklə olacaq"-deyib.

İlon Maskın elektrikli avtomobillər üçün nəzərdə tutulan təşviq endirimlərinin qaldırılmasından üzüldüyünü və reaksiyasının səbəbinin də bu olduğunu irəli sürən Tramp Maskın əvvəldən bu endirimlərin ləğv ediləcəyini bildiyini və məsələ ilə bağlı öz mövqeyinin heç vaxt dəyişmədiyini bildirib.

"O, bu qanun layihəsinin hər tərəfini bilirdi. Bunu demək olar ki, hamıdan yaxşı bilirdi, lakin gedənə qədər bununla bağlı heç bir problemi yox idi" deyən Tramp, Maskın Ağ Evi darıxdığını və bunun da onun reaksiyasının səbəblərindən biri olduğunu bildirib.

Bildirək ki, Mask bir gün əvvəl X sosial media hesabında etdiyi paylaşımda Trampın "Bir Böyük Gözəl Qanun layihəsi" adlandırdığı vergi endirimi qanun layihəsini sərt şəkildə tənqid etmişdi.

"Üzr istəyirəm, amma daha buna dözə bilmirəm" deyən Mask Trampın vergi endirimi qanun layihəsini "iyrənc biabırçılıq" kimi xarakterizə etdi.

Trampın seçki kampaniyası zamanı vəd etdiyi vergi endirimlərini həyata keçirməyi hədəfləyən qanun layihəsi ABŞ Nümayəndələr Palatasında təsdiqləndikdən sonra Senata göndərilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ