Qəssam Briqadaları tərəfindən edilən açıqlamada, sözügedən pusunun iyunun 1-də Cibaliya Qaçqınlar Düşərgəsinin şərqindəki əl-Məbhuh məntəqəsinə yaxın ərazidə həyata keçirildiyi bildirilib.
Turkustan.az xəbər verir ki, bəyanatda Qəssam döyüşçülərinin pusquda əldəqayırma partlayıcı maddələr və reaktiv yaylım atəşi sistemlərindən istifadə etdiyi, yüngül silahlardan istifadə edərək İsrail əsgərləri ilə toqquşduqları qeyd edilib.
Açıqlamada İsrail ordusuna məxsus zirehli transportyorun “Yasin 105” raketi və “Şuvaz” tipli partlayıcı ilə məhv edildiyi vurğulanıb və daşıyıcının içərisində olan əsgərlərin öldüyü və ya yaralandığı qeyd edilib.
Bölgəyə dəstək üçün gələn bir İsrail bölməsinin də hədəf alındığı və üzərlərinə güclü partlayıcının işə salındığı, hadisə zamanı “Hummer” markalı hərbi maşının vurulduğu, hadisədə ölən və yaralananların olduğu bildirilib.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 54 677 nəfər ölüb, 125 530 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az