Orban: Aİ Rusiyaya qarşı qabaqlayıcı zərbə endirmək istəyir


Avropa İttifaqı liderləri öz məqsədlərini Rusiyaya qarşı mübarizə hesab edir və Ukraynada müharibəni davam etdirməklə ona qabaqlayıcı zərbə vurmaq istəyirlər.

Turkustan.az xəbər verir ki, bu fikri Budapeştdə Karpat Hövzəsi Forumunun iclasında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Aİ-nin hazırkı rəhbərliyi özünün əsas vəzifəsi olan cəmiyyətin rifahını gücləndirməkdən ibarət olan Rusiyaya qarşı mübarizə ilə əvəz etməyə çalışır. Brüssel hesab edir ki, onun əsas məqsədi “Şərqdə Rusiyaya qarşı mübarizə aparmaqdır”-deyə, hökumət başçısı bildirib.

Orban deyib ki, Ukrayna münaqişəsinin tezliklə həlli Avropanın təhlükəsizliyinin maraqlarına xidmət edir. "Brüssel müharibəyə hazırlaşarkən, biz müharibə əleyhinə təşəbbüsləri dəstəkləməliyik", - deyən baş nazir Karpat hövzəsində yaşayan digər xalqlar kimi macarların da ən böyük probleminin Ukraynadakı hərbi münaqişə olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ