Hələ 2022 ci ilin yazından İsveç və Finlandiyanın NATO a qoşulmaq üçün müraciət etmələri məsələsi beynəlxalq siyasi gündəmdə ən çox müzakirə olunan mövzulardan birinə çevrildi. 1809 cu ildə Rusiya İmperiyası tərəfindən Sankt Peterburqun işğaldan qorunması üçün İsveç İmperiyasını müharibədə məğlub etdikdən sonra Finlandiya ələ keçirilmiş lakin, I Aleksandr Fin milli məclisində keçirilən iclasda bu ölkənin dini, etnik, milli, hüquqi haqlarına özünün və varislərinin toxunmayacağına and içmişdir.
1917 ci ildə fevral inqilabından sonra Finlandiya müstəqillik əldə etmiş və 1920 ci illərdə sovet imperiyası itirdiyi ölkələri yenidən işğal edəndə bu ölkəni isə ələ keçirə bilməmişdi əslində buna ehtiyac yox idi də çünki, Finlandiyanın elə də zəngin təbii sərvətləri yoxdur. Lakin, 1940 cı ildə Fin SSRİ Qış müharibəsi zamanı Finlandiya Şərq ərazilərinin bir qismini itirdi və məğlub olaraq neytrallıq haqda müqavilə imzaladı. Beləcə, Finlandiyanın 80 ildən çox müddəti əhatə edəcək neytral mövqe dövrü başladı. İsveç isə nə NATO nə Avropa İttifaqının üzvüdü və Rusiyaya qarşı hər hansı kəskin mövqe tutmamışdır.
Lakin, 2022 ci il fevralı Rus Ukrayna müharibəsindən sonra İsveç və Finlandiya NATO a qoşulmaq üçün müraciət etdilər səbəb kimi isə Rusiyanın hərbi müdaxilə ehtimalı göstərildi. Finlandiya bir müddət sonra, İsveç isə Türkiyə ilə siyasi problemləri həll etdikdən sonra və Ankara onun ittifaqa üzv olmasına veto nu geri götürdükdən sonra üzvlük iddiası təmin edildi. Reallıq bu idi ki, Rusiya hələ ötən əsrin ortalarından Norveç, İsveç, Finlandiya və İslandiya kimi ölkələrdə güclü marağı olan, sosialist partiya və təşkilatlar vasitəsi ilə bu ölkələrdə gücünü artırmaq istəyən siyasət aparmışdır. Hətta, NATO nun sabiq baş katibi Yens Stoltenberq etiraf etmişdir ki, ötən əsrin 80 ci illərində Sovet kəşfiyyat xidməti ilə əlaqə saxlamış, onlara işləmiş ardınca əməkdaşlığı bitirərək bu haqda müvafiq qurumlara gedərək məlumat vermişdir.
Norveç 80 90 cı illərdə sosialist ölkə olmuş və bu tipli ölkələrə rəğbət güclü olmuşdur.
Sosializm o dövrdə Moskvaya bağlı təşkilatlar və hökümət qüvvələri tərəfindən müxtəlif qeyri sosialist ölkələr daxilində diaspor və siyasi ideoloji for post rolunu
oynayırdı. Gənclər arasında dövrdə sosialist partiyaya qoşulmaq ən böyük uğur sayılırdı. Norveç bu sırada ən öndə olanlardan idi. SSRİ və sosializm bloku dağıldıqdan sonra bu ideyaya maraq zəifləsə də hələ də nüfuzunu nisbətən saxlayıb. ABŞ və NATO nun rəhbər ölkələri gözəl anlayır ki, Ukrayna Rusiya müharibəsi zamanı Moskva həmin şimal ölkələrində sosialist qüvvələri özünə tərəf çəkə, müttəfiqlik münasibə qura bilər. Bu üzdən, NATO a üzv edərək onları ABŞ ın siyasi dairəsinə keçirdi.
İslandiya isə ötən əsrin ortalarından SSRİ nin tərkibinə keçə bilərdi deyə burada da NATO nun nüfuzu gücləndirilmişdi.
İslandiya və Şimal ölkələrində Rusiyanın güclənməsi şimal buzlu okeandan keçən tranzit xətləri və ticari və hərbi gəmilərə nəzarət imkanı verir, hərbi baza və radiolokasiya, kosmik izləmə sistemlərinin yerləşim imkanı yaradır.
Baltik dənizindən keçən NATO gəmiləri də Rusiyanın nəzarəti altına düşə bilərdi deyə ABŞ ın təsiri ilə Skandinav ölkələri ittifaqa üzv oldular və Rus gəmilərinin istənilən fəaliyyəti artıq Vaşinqtonun nəzarəti altındadır.
Müəllif siyasi şərhçi İsa İsmayılov